Sual-cavab

Sual-cavab

Sual-cavab

Tez-tez soruşulan suallar

  • Saytı nə qədər müddətə təhvil verirsiniz?

    Bu məsələ müştərinin sifarişindən asılıdır. Müddət 1 həftə, 1 ay, 1 il də ola bilər. Əsas məsələ nə sifariş etdiyinizdir. Bütün hallarda bizim komanda olaraq prioritetimiz sifarişinizi arzuladığınız formada və qısa müddətə sizə təhvil verməkdir.
     

  • Domen və hostinq xidmətini siz verirsiniz ?

    Bəli, tərəfimizdən texniki dəstək bütün müştərilərə təklif edilir. Seçim sizindir. 

  • Şirkətiniz hansı tip saytlar hazırlayır?

    ERAsoft-un portfoliosunda müxtəlif növ saytlar mövcuddur. 15 illik fəaliyyətimiz dövründə fərqli sahələr üçün çoxsaylı veb layihələr hazırlamışıq. Komandamız sizin xəyalınızdakı ideyanı peşəkar şəkildə reallaşdıra bilir.
     

    ERAsoft olaraq müxtəlif sahələr üçün fərdi veb saytlar və onlayn platformalar hazırlayırıq. Korporativ saytlar, şirkət saytları, portfolio saytları, xəbər və blog saytları, elan saytları, e-commerce / online satış saytları, xidmət saytları, təhsil, tibb, turizm, logistika, tikinti, avtomobil və digər sahələr üçün müasir veb həllər təqdim edirik.
     

    Həmçinin sərgi və tədbir saytları, qeydiyyat sistemləri, kabinetli platformalar, B2B sistemlər, CRM inteqrasiyalı saytlar və xüsusi funksionallı veb layihələr hazırlayırıq. Hər layihə müştərinin fəaliyyət sahəsinə, dizayn istəyinə və texniki tələblərinə uyğun fərdi şəkildə hazırlanır.

  • Saytın dizaynını front-end ya veb dizayner hazırlayır?

    Bu məsələ çox qarışdırılır. Saytın dizaynını veb dizayner hazırlayır. O, eskizləri çəkir və saytın sektoruna uyğun məntiqi qurur. Front-end isə kodlaşdırır. Yəni veb dizaynerin qurduğu məntiq əsasında kodu yazır.

  • Biznesimə Instagram ya Facebook uyğundur?

    İndiki dövrdə bütün sosial şəbəkələrdə olmaq tövsiyə edilir. Çünki hamının bütün şəbəkələrdə hesabı var və sizin orada olmağınız məsləhətdir. Lakin hədəf kütlə məsələsini də unutmaq olmaz. Sizin izləyiciniz daha çox harda olursa, həmin şəbəkədə daha aktiv və güclü kontentlə çıxış etməyiniz vacibdir. 

  • Brendin dizaynını kim seçir?

    Stilistikanın seçilməsi prosesi SMM komandamız və müştəri arasında gedir. Bunun müştərinin yox, qrafik dizaynerin qərarı ilə seçilməsi daha doğrudur. Ümumiyyətlə, brendləşmə işi peşəkar komandaya tapşırılmalıdır. 
     

  • SEO ya SEM reklamları ?

    SEO uzun müddətə, SEM isə qısa müddətə nəticə göstərən vasitədir. “SEO”nun nəticə verməsi azı 3 ay vaxt tələb edir, lakin nəticə daha uzunmüddətli olur. SEM isə daha tez nəticə alınması üçün istifadə olunan ödənişli reklam növüdür. Çünki sizə o dəqiqə "Google"nin 1-ci səhifəsində görünmək lazımdır. Seçim sizin brendiniz üçün qurduğunuz strategiyaya əsaslanmalıdır.